Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


27.09.2017  13:09 

“Çimərlik turizminin təşkili baş tutmadı...” - Nazir





A+  A-

Restoranlara gələn insanların yerli sakin və xarici olmasından asılı olmayaraq, bir menyu əsasında qiymətlər olmalıdır. Bunu etməyənlərə qarşı müvafiq orqanlar tərəfindən tədbirlər görülməlidir.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar bu gün keçirdiyi brifinqdə məlumat verib.

Nazir yol kənarlarında müasir sanitar qovşaqlarının olmamasına da münasibət bildirərək deyib ki, yol kənarlarında yeni, müasir tipli restoranlar yaradılıb: "Azəravtoyol"la danışıqlar aparılıb. Yolboyu bir necə yerdə mədəni xidmətlərin, o cümlədən sanitar qovşaqların yaradılması müzakirə edilib. Bunun mərkəzləşdirilmiş şəkildə olması plan kimi qarşımızda durub. Eyni zamanda, sahibkarlar da bunu fikirləşməlidirlər".

Ə.Qarayev deyib ki, bu gün Azərbaycan mövcud baza ilə 3-3,5 milyon turisti qəbul edə bilər: "Amma yeni tədbirlərin keçirilməsi ilə bu imkanlar genişləndirilməlidir".

Nazirin sözlərinə görə, yerləşdirmə obyektlərində işləyənlərin də təkmilləşdirilməsi vacibdir.

Ə.Qarayev qeyd edib ki, çəkilən əziyyətlərə baxmayaraq, yay-çimərlik sahəsində xidmətlərin artırılmasında istənilən nəticələrə nail olmaq mümkün olmayıb: "Müəyyən yerlərdə çimərlik turizminin təşkili baş tutmadı. Son nəticədə biz nümunəvi çimərliklərin yaradılmasına, beynəlxalq təşkilat tərəfindən qəbul olunacaq nəticələrə nail ola bilmədik. Amma bu istiqamətdə işlər görülür və yerli icra hakimiyyətləri bununla məşğuldur. İnanıram ki, gələn il bu sahədə inkişaf böyük olacaq".

Xəbər 1167 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +