Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


26.09.2017  15:52 

Milli Məclis xuliqanlıqla bağlı maddəni dəyişdirir





A+  A-

Cinayət Məcəlləsinin 221-ci maddəsində (Xuliqanlıq) dəyişikliklər edilir.
XəzərNews.az-ın məlumatına görə, edilən dəyişikliyə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah isşləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin 221.3-cü maddə yeni redaksiyada təklif edilir. Belə ki, silahdan istifadə etməklə törədilən xuliqanlıq, zərər çəkmiş şəxsin sağlamlığına və ya əmlakına zərər vurulmasına səbəb olmadıqda- bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya bir ildən dörd ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəlləyə yeni 221.4-cü maddə əlavə edilir. yeni maddəyə əsaən, xuliqanlıq zamanı zərər çəkmiş şəxsə zor tətbiq olunması və ya əmlak zərərinin vurulması silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə- iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Xəbər 1560 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +