Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib?
TƏBİB sədrinin qardaşına yüksək vəzifə verildi
“Azeri Med“in “Naxçıvan fəthi“ davam edir
Ərdoğan Azərbaycan səfirini təltif etdi
Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO


17.09.2024  15:53 

Xalası oğlunun 160 minini TikTokda xərclədi - “Varlı görünmək istəyirdim”





A+  A-

Bakıda xalası oğluna məxsus 160 min manat pulu TikTokda xərcləyən 1996-cı il təvəllüdlü F.Məmmədovun məhkəməsi başa çatıb.

Xəzərnews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Cəlilabad sakini olan F.Məmmədova hökm oxunub. O, Cinayət Məcəlləsinin 178.3.2 (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, F.Məmmədov Kürdəxanı qəsəbəsində tanınmış iş adamı, həm də xalası oğlu E.Qardaşovun rəhbəri olduğu taxıl məhsullarının istehsalı ilə məşğul olan “Agro EM” MMC şirkətində çalışıb. O, 2023-cü il ərzində iş yerinə məxsus 164 040 manat pulu hissə-hissə ödəmə aparatı vasitəsilə TikTokda istifadə edilən jeton almaq üçün xərcləyib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, TikTokda pul xərcləyən və bloqerlərə hədiyyələr göndərənlərin nüfuzu yüksəlir və onlar çox imkanlı insan kimi tanınırlar. Bu səbəbdən özünü var-dövlətli şəxs kimi göstərmək istəyən F.Məmmədov xalası oğluna məxsus pulları jeton almağa və bloqerlərə xərcləməyə başlayıb. O, “blackshark” profili vasitəsilə bloqerlərə çoxsaylı hədiyyələr, hətta 650 manatlıq hədiyyə göndərib.

İstintaq zamanı onun daha əvvəl də dələduzluq əməli törətməsi və həmin işə görə ayağında elektron qolbaq daşıması məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə isə E.Qardaşov xalası oğlundan şikayətçi olmadığını bildirib. O, təqsirləndirilən şəxsi bağışladığını və ona dəyən zərərin F.Məmmədovun valideynləri tərəfindən ödənildiyini bildirib.

Məhkəmənin qərarı ilə F.Məmmədova 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza sınaq müddəti təyin edilməklə şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xəbər 6125 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi


BÜTÜN XƏBƏRLƏR +