Milyonluq tenderləri sabiq nazir və başçının övladları uddu
Kəndin mollası həyat yoldaşını boğaraq öldürüb
Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi


09.12.2020  10:05 

Fərhad Əhmədovun oğlu 50 milyon dollar itirib





A+  A-

Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun oğlu Teymur tələbə vaxtı atası tərəfindən ona bağışlanan 50 milyon dolları fond bazarında riskli əməliyyatlarda itirdiyini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşrinin məlumatında bildirilir. Qeyd edilib ki, Teymur Əhmədov hazırda anası Tatyana Əhmədova ilə məhkəmə davasındadır.

Tatyana Əhmədova keçmiş həyat yoldaşından boşandıqdan sonra bir neçə ildir əmlak bölgüsünə əsasən onun üçün nəzərdə tutulan 453 milyon funt (600 milyon dollardan çox) vəsaitini almağa çalışır. Qadın boşanma prosesi zamanı onun üçün nəzərdə tutulan vəsaiti gizlətməkdə atasında kömək etdiyini iddia edərək öz oğlunu məhkəməyə verib.

Teymur Əhmədovun sözlərinə görə, onun London İqtisadiyyat Məktəbində oxuyarkən 50 milyon dollar itirdiyindən anasının da xəbəri var idi. O qeyd edib ki, anası hətta buna görə onu təsəlli də edib. Əhmədovun vəkili Robert Levi, “astronomik məbləğ” itkisindən danışmağın heç bir əhəmiyyətinin olmadığını vurğulayıb.

“Bəzi varlı insanlar pullarını əsirgəmirlər və uşaqlarına ağlasığmaz məbləğlər xərcləyirlər. Fərhad və Tatyana da evlilikləri dövründə belə ediblər”,- deyə vəkil qeyd edib.

Qeyd edək ki, Tatyana Əhmədovanın oğluna qarşı iddialarına dair məhkəmə prosesi dekabrın əvvəlində Londonda başlayıb. Həm ana, həm də oğul İngiltərə vətəndaşlarıdır.

Xatırladaq ki, F. Əhmədovla eks-xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biri kimi qiymətləndirilir. 2018-ci ildə London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq iş adamının ona 600 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarmışdı. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan etmişdi.

Xəbər 1966 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +