Milyonluq tenderləri sabiq nazir və başçının övladları uddu
Kəndin mollası həyat yoldaşını boğaraq öldürüb
Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi


02.10.2019  15:52 

4G “Nar” şəbəkəsi ölkə əhalisinin 91,5%-nin xidmətində!





A+  A-

Abunəçilərinə hər zaman yüksəkkeyfiyyətli rabitə xidmətləri təqdim edən “Nar”, sürətli 4G şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir. Aparılan təkmilləşmə işləri nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5%-ni əhatə edir. Mobil operator LTE texnologiyalı baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Hazırda “Nar”-ın hər üç abunəçisindən biri aktiv 4G istifadəçisidir. Ümumilikdə isə 4G istifadəçilərinin sayı 850 mini ötüb.
XəzərNews.az xəbər verir ki, “Nar” 2019-cu ildə şəbəkədə quraşdırılmış 1018 ədəd LTE-A texnologiyalı baza stansiyaları da daxil olmaqla, 2740-dan çox 4G texnologiyalı baza stansiyası və 2722 ədəd 3G baza stansiyası ilə abunəçilərini yüksək sürətli şəbəkə ilə təmin edir. Mobil operator hazırda 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Sərfəli qiymətlərə təklif olunan internet paketlərindən və yüksəksürətli mobil şəbəkədən yararlanmaq üçün siz də “Nar”-a qoşula bilərsiniz. Daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

Xəbər 1417 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +