Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


27.02.2019  21:37 

Gürcüstana yeni qrip dalğası yaxınlaşır





A+  A-

Gürcü infeksionistlər martda ölkədə qrip virusuna yoluxma hallarının artacağını istisna etmirlər.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın ictimai sağlamlıq və xəstəliklərlə mübarizə mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Dekabr-yanvar aylarında Gürcüstanda H1N1 virsuna (“donuz qripi”) yoluxanların sayı xeyli artmış, xəstəlikdən ölənlərin sayı 22 nəfərə çatmışdı. Hazırda yoluxma halı azalsa da, virus aktivliyini qoruyur. Sonuncu məlumatlara görə, xəstələrin sayı hər 100 min nəfərə 100 nəfər təşkil edir. Hər 100 min nəfərə 450 yoluxma halı qeydə alınarsa, bu artıq epidemiya hesab olunur.

Qamkrelidze vurğulayıb ki, yeni qrip dalğası martda özünü göstərəcək. O, insanları gigiyena qaydalarına əməl etməyə və ehtiyatlı olmağa çağırıb.

Xəbər 1259 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +