Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


23.01.2019  09:44 

Maduroya qarşı etirazlar başladı, ölənlər var





A+  A-

Ötən gecədən Venesuelanın müxtəlif şəhərlərində prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları başlayıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Karakasda hərbçilərlə etirazçılar arasında qarşıdurma yaranıb. Bəzi rayonlarda barrikadalar qurulub. Etirazlar zamanı ötən gün paytaxt Karakasın rayonlarından birində təxminən 30 nəfər saxlanılıb.

Kütləni dağıtmaq üçün Milli Qvardiyanın döyüşçüləri gözyaşardıcı qazdan istifadə ediblər, daha sonra etirazçılara atəş açıblar.

Parlamentin müxalifətdən olan deputatı Xose Olivares tvitter hesabından qarşıdurmada bir nəfərin odlu silahdan açılan atəş nəticəsində öldürüldüyünü açıqlayıb. Məşhur jurnalist Roman Kamaço isə iki nəfərin öldüyünü, 2 nəfərin isə yaralandığı bildirib.

Bolivar ştatında etirazçılar keçmiş Venesuela prezidenti Uqo Çavesin heykəlini yandırıblar.

Bu gün hakimiyyət əleyhdarları, eyni zamanda Maduro tərəfdarları marş keçirməyi planlaşdırırlar.

Amerika Ölkələri Təşkilatı Venesueladakı vəziyyəti müzakirə etmək üçün yanvarın 24-ü fövqəladə toplantı keçirməyi planlaşdırır.

Xatırladaq ki, həftənin əvvəli paytaxt Karakasda hərbçilərin uğursuz qiyamı baş vermiş, iştirakçıları saxlanılmışdı.

Xəbər 1265 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +