Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


11.10.2018  12:05 

“Koreya icazəmiz olmadan bu addımı atmayacaq” - Tramp





A+  A-

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın razılıqsız heç bir addım atmadığını bəyan edib.
XəzərNews.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tramp Koreya Respublikası XİN rəhbərinin sanksiyalar barədə bəyanatından sonra jurnalistin suallarını cavablandırarkən bildirib.

Dünən Parlament müzakirələri zamanı çıxış edən Cənubi Koreya XİN rəhbəri Kan Qyön Xva Pxenyana qarşı tətbiq edilən bəzi birtərəfli sanksiyaların aradan qaldırılmasını təklif edib. Onun sözlərinə görə bu iki ölkə arasında münasibətlərin yaxşılaşmasını göstərmək üçün yaxşı nümunə olardı. Xva həmçinin bu sanksiyaların onsuz da BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilən sanksiyaların təkrarı olduğuna da diqqət çəkib.

Bundan dərhal sonra koreyalı nazirin bəyanatını demək olar ki təkzib edən ABŞ prezidenti bunun baş tutmayacağını bəyan edib.

“Onlar bizim razılığımız olmadan bunu etməyəcəklər. Onlar bizim razılımız olmada heç bir şey etmirlər” – Tramp bildirib.

Qeyd edək ki, Koreya Respublikası 2010-cu ildə dəniz qüvvələrinə aid “Çxonan” korvetinin batırılmasından sonra Şimali Koreyaya qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edib.

Xəbər 1706 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +