Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


29.06.2018  17:19 

575 qadın Trampa QARŞI





A+  A-

ABŞ-ın paytaxtı Vaşınqtonda yüzlərlə qadın prezident Donald Trampın immiqrasiya siyasətinə qarşı oturaq aksiyaya görə həbs edilib.
XəzərNews.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, həbs edilmiş 575 qadının içərisində aktrisa Syüzan Sarandon da olub.

Aktrisanın həbsini Sarandon özü “Twitter” hesabında təsdiq edib.

“Həbs edilmişəm. Güclü olun. Mübarizəni davam etdirin” – aktrisa yazıb.

Yüzlərlə qadın Ədliyyə Nazirliyinin binası qarşısında etiraz üçün toplaşıb.

Etirazçılar prezident Trampın miqrasiya siyasətinə qarşı oturaq aksiya keçiriblər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp immiqrantlara qarşı sərt siyasətinə görə dəfələrlə tənqid obyekti olub. Sərhədləri pozan immiqrantların uşaqlarının ailələrindən alınaraq lagerlərə yerləşdirilməsi tənqidə səbəb olub.

Xəbər 1431 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +