Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


02.04.2018  14:05 

“Hökumət bütövlükdə istefaya göndəriləcək” - Siyavuş Novruzov





A+  A-

“Seçkidən sonra cənab prezident hökuməti yenidən formalaşdıracaq”.
XəzərNews.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında YAP-çı millət vəkili Siyavuş Novruzov deyib. O, bildirib ki, qanunun tələbinə uyğun olaraq seçkidən sonar bütövlükdə hökumət istefaya göndəriləcək: “Kim qənaətbəxş fəaliyyət göstəribsə, o, yeni qurulacaq hökumətin tərkibində təsdiq olunacaq, kim göstərməyibsə, təsdiq olunmayacaq. Bunlar da hesabatı cənab prezidentə verir”.

S. Novruzov müsahibəsində seçki ərəfəsində problemli kreditlərlə bağlı hər hansı qərarın verilib-verilməyəcəyi haqda sualı da cavablandırıb: “Bir var, kredit götürüb hansısa iş qurmaq, yaxud fermer təsərrüfatı yaratmaq. Bir də var bankdan kredit götürüb, özünə maşın alıb. Məsələn, əgər bunun imkanı 10 minlik maşına çatırsa, kreditə girib, 50 minlik maşın alıb. Bununla digər adamın problemi eyni deyil. Yaxud evlə bağlı kredit götürənlər var. Bəli, bunlar tamam başqa kateqoriyadır.

Bu məsələlər araşdırılır. Kimsə kredit götürüb toy edib, başqası da kredit götürüb sanatoriyaya gedibsə, bununla kredit götürüb fermer təsərrüfatı yaradan, yaxud təbii fəlakət nəticəsində fermer təsərrüfatına ziyan dəyməsi səbəbindən kreditini qaytara bilməyən insanlara fərqli yanaşmaq lazımdır. Araşdırma komissiyası var. Azərbaycanda kreditlərin böyük hissəsi əsasən, nəqliyyat vasitələri ilə əlaqədardır. Bununla bağlı araşdırmalar gedir, tapşırıq verilib, həm özəl, həm də dövlət bankları hazırda məşğuldurlar. Son vəziyyət məruzə olunacaq və nəticə etibarilə qərarlar qəbul olunacaq. Ancaq burada təkcə dövlətdən söhbət getmir. Bankların əksəriyyəti özəl, xüsusi mülkiyyətdədir. Bunlarla da hər hansı razılıq olmalıdır ki, həm bank gələcəkdə öz fəaliyyətini davam etdirsin, həmçinin kredit götürən insanın vəziyyəti yüngülləşdirilsin”.

Xəbər 2010 dəfə oxunub.




09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +