Milyonluq tenderləri sabiq nazir və başçının övladları uddu
Kəndin mollası həyat yoldaşını boğaraq öldürüb
Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi


05.10.2017  18:52 

“Dədə Qorqud” parkında da “Pulsuz Wi-Fi” oldu





A+  A-

“Baktelecom” “Pulsuz WiFi” zonalarının sırasına daha birini əlavə etdi. Bu gündən etibarən “Dədə Qorqud” parkını istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən XəzərNews.az-a verilən məlumatda deyilib.
Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyət (“Baktelecom”) tərəfindən reallaşdırılan ”İctimai İnternet” layihəsi çərçivəsində qoşulma sayı artıq 1 milyonu ötüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”ya əsasən İKT-nin ölkəmizdə yeni inkişaf konturu kimi cəmiyyətin bütün üzvlərinin internet xidmətlərindən istifadəsinin təmin edilməsi hədəf seçilib.
Bu məqsədlə İKT sektorunda həyata keçirilən digər infrastruktur layihələri ilə yanaşı, Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçəri şəhər”, Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış və Zabitlər, eləcə də “Port Baku Residence” və “Port Baku Mall” arasında yerləşən park (Fashion Avenue) da “Pulsuz WiFi şəbəkəsi ilə təmin edilib.
“Baktelecom” tərəfindən hazırda daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə qoşulma nöqtələrinin sayı artırılır. Yaxın zamanda Nərimanov parkında quraşdırılma işləri yekunlaşdırılaraq şəbəkənin aktiv edilməsi gözlənilir. İlin sonuna kimi əhalinin sıx istirahət etdiyi digər parklar da ictimai internet şəbəkəsinə qoşulacaq.
Məlumat üçün bildirək ki, mart ayından etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları üçün istifadəyə verilən “Pulsuz WiFi” şəbəkəsindən istifadə qaydaları çox asandır. Belə ki, istifadəçi mobil cihazında wifi siyahısından “Baktelecom”-u seçməli, açılan giriş səhifəsində təlimata uyğun qaydada internetə qoşulmalıdır.

Xəbər 1600 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +