Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


29.10.2022  13:54 

Qrızda qar yağıb





A+  A-

Azərbaycanda müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 30-dək davam edəcək.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 30-u gündüz, 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Müşahidə olunan faktiki havaya gəlincə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, Qrızda qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 57.0 mm, Astarada 25.0 mm, Altıağacda 20.0 mm, Lerikdə 18.0 mm, Yardımlıda 17.0 mm, Qəbələdə 15.0 mm, Göytəpə, Xaltanda 10.0 mm, İsmayıllıda 9.0 mm, Şabranda 7.0 mm, Qobustanda 6.0 mm, Şamaxıda 5.0 mm, Neftçala, Salyan, Quba, Oğuzda 4.0 mm, İmişli, Sabirabad, Biləsuvar, Qusarda 3.0 mm, Ağsu, Cəfərxan, Qrızda 2.0 mm, Ordubad, Ağdam, Şəki, Tərtər, Xaçmaz, Beyləqanda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 2.0 mm, Maştağada 1.0 mm-dək olub.

Şimal-qərb küləyi Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Xəbər 989 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +