Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


21.11.2021  20:18 

Azərbaycandan ilk təhsil səfiri o seçildi - Foto





A+  A-

Təhsilin idarə olunması üzrə azərbaycanlı mütəxəssis, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru və yaradıcılarından biri Cəfər Mənsimi “HundrED” qlobal təhsil təşkilatının Azərbaycandan ilk təhsil səfiri seçilib.

XəzərNews.az xəbər verir ki, təhsil səfiri olmaq Azərbaycanın istedadlı müəllimlərinin dünyada tanıdılması üçün geniş imkanlar yaradır. Təhsil səfirləri arasında ABŞ, Finlandiya, Sinqapur, Kanada, Norveç, Avstraliya, Türkiyə, İngiltərə, İtaliya, Almaniya olmaqla üzrə 100-ə yaxın ölkədən nümayəndə var.

“HundrED” hər il dünyada pedaqoji cəhətdən əsaslandırılmış 100 ən yaxşı təhsil innovasiyalarını seçir və onların 100-dən çox ölkədə geniş pedaqoqlar şəbəkəsində yayılmasına kömək edir.

Qeyd edək ki, Cəfər Mənsimi “Əvvəlki sən olma”, “Yeni sən yarat”, “Uğur kitabı”, “Arzu kitabı”, “39-cu pillədə qırılan ömür” adlı kitabların ideya müəllifi və tərtibçisi olmaqla yanaşı, bir sıra başqa nəşrlərin məsləhətçisidir. Həmçinin xeyli sayda təhsil layihələrinin, beynəlxalq forum və konfransların təşkilatçısı və təşəbbüskarı olub. On ildən çoxdur ki, Azərbaycan mətbuatında təhsil mövzusunda yazılarla çıxış edir.

Onun təqdimatında Təhsil Nazirliyinin feysbuk səhifəsindən “Yeni çağırışlar” proqramı yayımlanır və bu proqramda dünyada tanınan mütəxəssislərlə müzakirələr aparılır.




Xəbər 4274 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +