Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


02.04.2020  10:24 

Bir günə 419 nəfər cərimələndi, 6 nəfər isə həbs edildi





A+  A-

"Martın 31-dən aprelin 1-nə keçən gün müddətində küçədə karantin qaydalarını pozduqlarına görə 6 nəfər inzibati həbs edilib, 419 nəfərə cərimə tətbiq edilib. Bu yalnız ötən günün rəqəmləridir"
XəzərNews.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə deyib.

Onun sözlərinə görə, ümumilikdə sosial izolyasiya tədbirləri həyata keçiriləndən sonra və karantin rejimi dövründə belə faktlara yəni, həm karantin rejimini pozduqlarına, həm də şəhər, rayon ərazilərində yaradılmış postlardan qeyri-qanuni keçməyə görə 3 cinayət işi üzrə 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib:

" 10 nəfər inzibati həbs edilib. 1883 nəfərə inzibati cərimə tətbiq edilib. Həmçinin bir sıra obyektlər də karantin rejimi qaydalarına riayət etməyərək fəaliyyət göstərməyə çalışıblar. Ümumilikdə belə 803 obyekt müəyyənləşdirilib. Həmin obyektlərin sahibləri və ya icarədarlarından 3 nəfər inzibati həbs olunub 452 nəfərə inzibati cərimə tətbiq edilib. 348 nəfərə isə xəbərdarlıq olunub. Yəni bu sahədə tədbirlər davam edir. Son zamanlar sosial şəbəkələrdə bəzən yanlış məlumatlar yayırlar və əhali arasında çaşqınlıq yaratmağa çalışırlar. Vətəndaşların belə hərəkətlərinin də qarşısı alınır. Bu günə qədər 9 belə vətəndaş inzibati qaydada həbs edilib. 13 vətəndaşa inzibati cərimə tətbiq edilib.127 vətəndaşa xəbərdarlıq edilib".

Xəbər 1376 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +