Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


04.11.2019  14:02 

“Fond pulu” tələb edən sinif rəhbəri cəzalandırıldı - VİDEO





A+  A-

Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə şagirdlərdən vəsait toplanmasına dair daxil olmuş müraciət əsasında Təhsil Nazirliyi tərəfindən yerində araşdırma aparılıb.
XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”nun sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, araşdırma zamanı müəyyən olunub ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımova tərəfindən məktəbdə nəzarətin zəif təşkil edilməsi, zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülməməsi səbəbindən 8 c sinif rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayeva peşə fəaliyyətini yerinə yetirərkən qaydaları pozub, “fond pulu” adı ilə sinif şagirdlərinin valideynlərinin hər birindən ayrı-ayrılıqda 20 manat pul tələb edib.

Araşdırmanın nəticəsinə əsasən, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımovaya töhmət, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayevaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Qeyd edək ki, bu yaxınlarda daxil olmuş belə müraciətlər əsasında Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynova işdən azad edilmiş, Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, Sumqayıt şəhəri 8 nömrəli tam orta məktəbin direktor müavini Nənəxanım Əliyeva tutduğu vəzifədən azad edilmişdir.



Xəbər 2190 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +