Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


20.04.2019  15:09 

Ordubada 15 sm qar yağıb - Faktiki hava





A+  A-

Aprelin 19-u gündüzdən aprelin 20-si səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, sinoptiklərin əvvəlcədən xəbər verdiyi kimi, aprelin 19-u gündüzdən 20-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağmış, ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Respublikanın əksər çaylarında yağan leysan xarakterli intensiv yağışla əlaqədar çaylarda sululuq artmış və hal-hazırda artım davam edir.

Səhər saatlarına olan məlumata əsasən, Böyük Qafqazın bəzi yerlərində, Şəki, İsmayıllı, Oğuz, Qəbələ, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Quba, Xınalıq, Altıağac, Xaltan, Qırız, Qusaryasaq, Şamaxıda, Naxçıvan MR-nın bəzi yerlərində, Ordubad, Paraqa, Nürgüt (Ordubad), Biçənək, Batabat, Kükü (Şahbuz), Ərəfsədə (Culfa) hal-hazırda qarın yağması davam edir. Ölkə ərazisində qeyri-sabit hava şəraitinin aprelin 24-dək davam edəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: 0-2 mm, Böyük Qafqazda: 3-18 mm, Naxçıvan MR-da: 4-23 mm, Nürgütdə (Ordubad) 30.0 mm, Qazax-Gəncə zonasında: 3-15 mm, Kiçik Qafqazda: 10-13 mm, Mərkəzi-Aran rayonlarında: 2-10 mm, Lənkəran-Astara zonasında: 6-49 mm olub.

Qar örtüyünün hündürlüyü Parağada (Ordubad) 15 sm, Nürgütdə (Ordubad) 10 sm, Qırızda 6 sm, Daşkəsən, Şahdağda 5 sm, Lerik, Xınalıq, Altıağacda 4 sm, Gədəbəy, Xaltanda 3 sm, Yardımlı, Göygöldə 2 sm, Ağdərə, Biçənəkdə (Naxçıvan), Quba, Qusarda 1 sm olub.

Xəbər 1485 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +