Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı


07.06.2018  17:21 

General Gömrük İdarəsinə tapşırıq verdi





A+  A-

Bakı Baş Gömrük İdarəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında görüş keçirilib.
XəzərNews.az xəbər verir ki, görüşdə iyulun 1-dən qida məhsullarının idxal-ixrac əməliyyatlarına tətbiq ediləcək yeni qaydalar, həmin qaydaların icra mexanizmləri müzakirə olunub.

Hər iki qurumun rəhbəri Bakı Baş Gömrük İdarəsinin zalında qida məhsullarının gömrük rəsmiləşdirilməsi prosesini əyani şəkildə izləyib, sahibkarlarla görüşərək onları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb, yeni qaydaların əhəmiyyəti, idxal-ixrac proseslərinin sadələşdirilməsi ilə bağlı məlumatlandırıblar.

S.Mehdiyev və Q.Təhməzli Bakı Baş Gömrük İdarəsinin inzibati binasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün yaradılan iş şəraiti ilə tanış olublar.

Görüşün sonunda birgə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb, müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

Xəbər 1349 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +