Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


21.11.2017  09:26 

Yol polisi daha çox cərimə ilə daha çox “bonus” qazanır





A+  A-

“Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə, fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə olunur.
Ərazi üzrə təhkim olunmuş yol polisi əməkdaşları gün ərzində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozan sürücülərə müxtəlif cərimələr yazır, yaxud da yerində cərimə tətbiq etməklə inzibati protokol tərtib edirlər. Polislərə yazılan 25 faizlik “bonus” gün ərzində onları daha çox cərimə yazmağa sövq edir. Bu minvalla onlar daha çox cərimə yazmağa və “bonus” qazanmağa çalışırlar. Şərti olsa da, deyə bilərik ki, yol polisi “plana” işləyir.

XəzərNews.az bildirir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Modern.az-a açıqlamasında bu fikirlə qəti surətdə razılaşmır:

“Siz düşünürsüznüz ki, biz plan qoymuşuq?! Bu belə deyil. Ümumiyyətlə, bu sualın təbliğata aidiyyatı yoxdur”.

V.Əsədov deyib ki, müəyyən olunan cərimələrdən daxil olan vəsaitin 25 faizinin polis əməkdaşının maaşına yazılması bu iddiaları səsləndirməyə əsas vermir.

Xəbər 1573 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +