Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


26.04.2017  09:14 

AŞPA sədri istefaya RAZILAŞDI





A+  A-

“Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt vəzifəsindən o şərtlə getməyə razıdır ki, İspaniya kralı VI Filippin aprelin 27-də plenar toplantıda çıxışı zamanı prezident kürsüsündə qala bilsin. O, yalnız İspaniya kralının assambleyaya səfərindən sonra istefası barədə elan edəcək. O, səlahiyyətlərinin təhvil verilməsi ilə bağlı bəyanatı isə may ayının 9-da verəcək”.
XəzərNews.az xəbər verir ki, bu məlumatı öz mənbələrinə istinadən “Avropa həqiqəti” nəşri yayıb.
Nəşrin yazdığına görə, istefanın sxemi belə olacaq: “Aqramunt sessiya zalında nə çərşənbə, nə cümə axşamı, nə də cümə günü görünməyəcək, yalnız kralı zala müşayiət edəcəyi və onun 1 saatlıq çıxışı zamanı rəyasət heyətindəki yerindən çıxışı dinləyəcəyi vaxt istisna olmaqla”.
Bundan sonra o, kralı vətəninə yola salacaq, sessiya bağlı elan edildikdən sonra isə Büronun iclasına gələrək rəsmən istefa etdiyini bildirəcək. Bunun birlikdə, istefa hələ 3 ay rəsmiləşdirilməyəcək.
Nəşr yazır ki, vəzifəsindən getməsi ilə bağlı yazılı ərizəsini Aqramunt özü ilə birlikdə mayın 29-da Praqada keçiriləcək prezident komitəsi ilə AŞPA Bürosunun görüşünə gətirəcək.
Qeyd edək ki, bu ilin martında Aqramunt Rusiya nümayəndə heyətinin tərkibində Suriyaya səfər edib. AŞPA sədri Suriya prezidenti Bəşər Əsədlə görüşüb. AŞPA üzvləri görüş faktını qınayıblar və xüsusi dinləmələr təyin ediblər. Ukrayna isə Aqramuntun istefasını tələb edib.

Xəbər 1311 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +