Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


08.07.2024  19:18 

“Elza və kuklalar”ın musiqi çələngi





A+  A-

Iyulun 9-da Azərbaycan Dövlət Kukla Teatrında Respublikanın Əməkdar artisti, bəstəkar və ifaçı Elza Seyidcahanın 55 illiyinə həsr olunmuş “Elza və kuklalar” adlı tədbir keçiriləcək.

Xəzərnews.az xəbər verir ki, bəstəkarın yubiley görüşündə onun uşaq və yeniyetmələr üçün yazdığı mahnılar səslənəcək.

Populyar estrada mahnıları səhnəmizin tanınan simaları ilə yanaşı “Oyuq” Sənət Məktəbi yetirmələrinin ifasında solo və xor nömrələri kimi təqdim olunacaq.

Yubiley gecəsi E. Seyidcahanın bəstəkarı olduğu “Şəngülüm, Məngülüm” tamaşasının nümayişi ilə bitəcək.

Xatırladaq ki, Mikayıl Müşfiqin yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı kiçik poema əsasında hazırlanan tamaşa yeni səhnələşdirmədə “Şəngülüm, Məngülüm” kimi (2017) təqdim olunub.

Teatrın baş rejissoru Anar Məmmədovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Ümumilikdə 12 mahnının yer aldığı tamaşanın ifaçısı Akademik Musiqili Teatrın aktrisası Ülviyyə Əliyevadır.

Xəbər 27323 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +