İspəndiyarın “Hollywood”u...
Eldar Əzizovu söysək də, onun səlahiyyəti yoxdur - Hafiz Hacıyev
Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu
Aktrisa 81 yaşlı ərindən yaşına görə boşanır
Kurskdakı PUA meydanı vuruldu
Ruslar Pokrovskdan tədricən geri çəkilirlər
Rüşvətlə sertifikat verənlərlə bağlı... - Qərar
“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Sabahın havası: 27 dərəcə isti olacağı gözlənilir
Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh


21.12.2022  13:00 

İki zabitimiz faciəvi şəkildə vəfat etdi





A+  A-

Bu gün səhər saatlarında Füzuli rayonu, Fin şəhərciyi yaxınlığında ağır yol qəzası baş verib.

1984-cü il təvəllüdlü Araz Fazil oğlu Nəzərovun idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Nəticədə sürücü və sərnişini, 1989-cu il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.

Əldə etdiyimiz məlumata görə, qəzada vəfat edən şəxslərin ikisi də Azərbaycan Ordusunun zabitləridir. A.Nəzərov kapitan, İ.İmdadlı isə baş leytenant rütbəsində xidmət edirmiş. Onlar Vətən müharibəsində də iştirak ediblər və medallarla təltif ediliblər.

Qəzada dünyasını dəyişən sürücü, Azərbaycan Ordusunun mayoru A.Nəzərov Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərovun qardaşıdır. O, bu gün doğulduğu Goranboyun Qızılhacılı qəsəbəsində dəfn ediləcək./“Qafqazinfo”

Xəbər 1201 dəfə oxunub.



21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +