“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib


02.02.2023  12:06 

İrandan ABŞ-a “Bakıya hücum etdim” mesajı...





A+  A-

Ermənistanın sentyabr döyüşlərində İranın dəstəyini gündəmə gətirməsi Bakı-Tehran xəttində gərginliyindən istifadə etmək kimi görünür: İranın ermənilərə hərtərəfli dəstəyi sirr deyil, o da sirr deyil ki, Bakı-Tehran qarşıdurması İranın dəstəyinin gücənməsində İrəvana yeni imkanlar yaradır və bu, onun üçün regionda təklənməmək baxımından əhəmiyyətlidir, xüsusilə Moskva qarşısında “mərkəzdənqaçma siyasəti” fonunda.

Lakin istisna deyil ki, İrəvan bu “etirafı” Tehrana daha çox lazımdır və bu kontekstdə sual yaranır: Azərbaycan ictimai rəyində anti-İran mövqeyini daha da gücləndirmək naminə olsa belə, Tehran nəyə nail olmaq istəyir?

Burada üç əsas məqama diqqət etmək olar:

- Müsahibə hansı media orqanında yayımlanıb?

- Ermənistan kimə, hansı mesajı verir?

- Niyə indi belə açıqlamalar tirajlandı?

Kostanyanın müsahibə verdiyi “Al-Monitor” nəşri Vaşinqtonda fəaliyyət göstərir və Yaxın Şərqlə bağlı əsas platformalardandır. Bu müsahibənin İrəvanın təşəbbüsü ilə yayımlandığı ehtimalı böyükdür və müsahibənin əsas məğzi Vahanın dediyi “İran bu gün regionda Ermənistanın mühüm tərəfdaşıdır” fikridir.

Və bu, Ermənistanın Bakı-Tehran xəttindəki qırılmanı dərinləşdirməkdən daha çox, ABŞ-a verdiyi mesaj, həm də Tehranın İrəvan üzərindən Vaşinqtona “əhəmiyyətini” nümayiş etdirməsidir: İranda ümid edirlər ki, Ermənistana dəstəklə Vaşinqtonun regional siyasətinə töhfə verə və hərbi müdaxilə planını arxa plana keçirə bilərlər;

Bunun indi - İsrailin İrana zərbələr endirməsindən dərhal sonra gündəmə gətirilməsi də ABŞ-ın hərbi müdaxilə qərarına təsir etməyə hesablanıb. Tehran bu ssenarinin qarşısını almaq üçün Bakıya hücumunu etiraf edir.

Asif Nərimanlı

Xəbər 1258 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +