Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


18.04.2025  12:41 

Havalar qızır: Sabah 22 dərəcə isti olacaq





A+  A-

Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.

Xəbər 2786 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +