Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


02.06.2023  10:53 

“Tərtər işi” üzrə daha iki hərbçiyə təzminat ödəniləcək





A+  A-

“Tərtər işi” üzrə bəraət almış daha iki hərbçiyə təzminat ödəniləcək.

Bu barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə bəraət alan Nasif Əliyev və Nicat Rzayevin iddialarını qismən təmin edib.

Qərara əsasən, Nicat Rzayevə mənəvi ziyana görə 66 min manat, maddi ziyana görə 58 min 849 manat təzminat kəsilib.

Nasif Əliyev yalnız maddi ziyanla bağlı iddia qaldırıb. Ona 70 min manat təzminat ödənilməsi qərara alınıb.

İddiaçılar dəymiş ziyana görə daha yüksək məbləğdə təzminat tələb etsə də, cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi tələbləri qəbul etmir. Etiraz belə əsaslandırılır ki, Maliyyə Nazirliyinin hərəkətləri nəticəsində iddiaçılar zərər çəkməyib. Bundan əvvəl üç bəraət almış hərbçiyə təzminat kəsilib, Maliyyə Nazirliyi həmin qərarlardan apellyasiya şikayəti verib.

Qeyd edək ki, leytenant Nasif Əliyev və gizir Nicat Rzayev 2017-ci ildə “Tərtər işi” ilə bağlı həbs olunublar. Dövlətə xəyanət və digər oxşar maddələrlə ittiham edilən hərbçilər 17 ildən 20 ilə kimi azadlıqdan məhrum ediliblər. Ötən ilin sonunda hər ikisi bəraət alıb./Qafqazinfo

Xəbər 1060 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +