Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


06.07.2017  15:07 

Lapşinin anası məhkəməyə gəlmədi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusiyada həbs edilərək Azərbaycana ekstradisiya edilən, dövlət sərhədini qanunsuz pozmaqda təqsirləndirilən bloqer Alekksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə Lapşinin anasının məhkəməyə gəlmədiyi bildirilib. O, vəkili vasitəsilə ifadə verməyəcəyi barədə məlumat çatdırıb.

Daha sonra Şuşa şəhərindən olan köçkünlər ifadə verib. Prosesdə Şuşa şəhərindən olan məcburi köçkün Əsmər Xəlilova deyib ki, internetdə Lapşinin məqaləsini oxuduqdan sonra doğma torpaqlarına qayıtması ilə bağlı ümidləri puç olub: "Məcburi köçkünlərin bu şəxsə etirazı var. Bir neçə gün əvvəl Azərbaycan xalqı Fizuli rayonunda bir faciə yaşadı. İki yaşlı Zəhranın günahı nə idi? Ermənilər onu qətlə yetirib. Lapşin isə quldur erməniləri müdafiə edib. Ona ən layiqli cəzanın verilməsini istəyirəm".

Digər köçkünlər - Məmməd Hacıyev və Yunus Hüseynov deyiblər ki, Lapşini Azərbaycanda görəndə sarsıntı keçiriblər. Daha sonra prosesdə sənədlərin tədqiq edilib. Lapşinin vəkili vəsatət verərək Lapşinin məqalələrinə rəy verən ekspert Almaz Bayramovanın məhkəmədə dindirilməsini istəyib. Vəsatət təmin edilib. Məhkəmə prosesi iyulun 11-də davam etdiriləcək.

Xəbər 1286 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +