Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


26.05.2017  13:08 

Baş Prokurorluq işə yeni proqramçılar götürür





A+  A-

Baş Prokurorluq tərəfindən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurulub.
Qurumdan XəzərNews.az-a verilən məlumata görə, prokurorluq orqanlarında infomasiya və kommunikasiya texnologiyalarının səmərəli və geniş istifadə olunmasına istiqamətlənmiş ardıcıl tədbirlərin davamı olaraq Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə həmin sahədə zəruri ixtisas və təcrübəyə malik mütəxəssislərin işə qəbulu ilə əlaqədar 18 aprel 2017-ci il tarixdə elan edilmiş müsabiqəyə yekun vurulub.

Müsabiqədə iştirak etmək üçün müraciət etmiş 40-dan artıq şəxsdən zəruri tələblərə cavab verən mühəndis-proqramçı və veb-dizayner ixtisaslarına malik 30 namizəd müsabiqəyə buraxılıb.

Namizədlərin nəzəri biliyi və peşə bacarığı səviyyələrinin yoxlanılması məqsədilə Baş Prokurorluğun və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrindən ibarət yaradılmış komissiya tərəfindən 24 may 2017-ci il tarixdə Baş Prokurorluqda müsahibə keçirilib.

Müsahibənin nəticələri üzrə 12 namizədin işə qəbul olunması məsələsinə baxılması tövsiyə edilib.

Xəbər 1835 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +