Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


11.11.2018  09:52 

Xeyli sayda aksiz markasız spirtli içki aşkarlandı





A+  A-

Gömrükçülər tərəfindən Gəncə şəhəri istiqamətinə hərəkət edən "VAZ 21074" markalı avtomobildə aksiz markasız spirtli içkilər aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, nəqliyyat vasitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb.

Avtomobilin yük yerinə və salonuna ilkin baxış keçirilən zaman orada sellofan torbalarda spirtli içkilər olduğu müəyyən edilib. Ətraflı baxış keçirilməsi üçün avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinə gətirilib.

Yoxlama zamanı avtomobilin yük yerində sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, 1 litrlik ölçülərdə 44 ədəd "Nemirovskaya", 12 ədəd "Nemiroff (Wheat)", 8 ədəd "Nemiroff (Birch)", 4 ədəd "Nemiroff (Honey Pepper)", 7 ədəd "Xlibniy Dar", 4 ədəd "Royal Park", 4 ədəd "Claymore", 4 ədəd "MacArthurs", 4 ədəd "Black Ram", 2 ədəd "King Robert", 2 ədəd "JoAN Barr", 2 ədəd "Heaven/Hill", 2 ədəd "Ballantines", 0.5 litrlik ölçülərdə 2 ədəd "Jagermeister", 7 ədəd "Nemiroff (original)", 200 ml litrlik ölçülərdə 6 ədəd "Black Ram", 6 ədəd "Red Label", 3 litrlik ölçülərdə 2 ədəd "Kindzmarauli", 5 litrlik ölçülərdə isə 2 ədəd "Kindzmarauli" adlı spirtli içkilər aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Xəbər 1325 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +