Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


02.11.2021  14:21 

“Demədim, milyonerə ərə gedim...“ - Pərvin Abıyeva - Fotolar





A+  A-

"Dediyim hər bir sözün arxasındayam. Bəzi xəstə beyinli insanlar var ki, bunu istədiyi yerə yozdu. Bütün qadınların məqsədi eynidir: mən ailəni xoşbəxt olmaq üçün qururam".

XezerNews.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Tarixin bir günü" proqramında deyib. Pərvin "İmkanlı oğlanla ailə qurmaq istəyirəm" sözlərini tənqid edənlərdən danışıb:

"Ailəm dağılsın deyə ailə qurmuram. Bütün ailələrdə pulsuzluq müəyyən vaxtdan sonra problemə çıxarır. Mən də bunu yaşamaq istəmirəm. Kimsə yaşamaq istəyirsə, buyursun qursun. Xoşbəxtlik üçün ailə qururam. Uşaqlarım gözəl şəraitdə böyüsün, yaxşı məktəbdə oxusun istəyirəm. Buna kim etiraz edə bilər? Demədim, milyonerə ərə gedim. Dedim ki, tində oturub, kiminsə pul gətirəcəyini gözləyənə kişi kimi baxmıram. Gedirəm ailələrə, baxıram kişi oturub gözləyir ki, mən yardım gətirim. Milyoner yox, ailəsini dolandıra bilən birinə ərə getmək istəyirəm".

Qeyd edək ki, Pərvin "Heç bir qız kasıb oğlana ərə getmək istəməz. Nə qədər sevsə də, getməz. Hansısa oğlan deyirsə kasıbam, günahı onda görürəm. İnsan fərasətli olmalı, tutduğunu qopartmalıdır.

Kasıbam, kasıb ailədə doğulmuşam deyib, kənara çəkilməyin. Kasıbçılıqdan milyonçuluğa qalxan var. İndiki milyonçuların əksəriyyəti əvvəl kasıb olublar" sözlərinə görə tənqid edilmişdi. /axşam.az/




Xəbər 2590 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +