Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


26.07.2018  13:27 

Polad Bülbüloğlunun qardaşına 200 min manat “atdı”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmməd Nəsibova hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M.Nəsibov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, M.Nəsibov bir neçə şəxsin etibarından sui-istifadə edərək onlardan təxminən 400 min manat alaraq qaytarmayıb.

O, İradə İsmayılovadan 21 500 manat alaraq ona Hövsan qəsəbəsində 15 sot sənədsiz torpaq sahəsi satıb, Çingiz Məmmədovdan 200 min manat alaraq Abşeron rayonunda yaşayış evi tikdirəcəyini vəd dib.

Bundan başqa, M.Nəsibov Adilə Məmmədovaya 120 min, Gülnaz Xayirovaya 43 min, Bahar Ələkbərovaya 17 min və Bəhram Namazova isə 28 min 100 manatlıq dələduzluq edib.

Məhkəmədə ifadə verən M.Nəsibov özünü təqsirli bilmədiyini deyib.

Zərərçəkmişlərdən biri, Çingiz Məmmədov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qardaşıdır.

Xəbər 1844 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +