Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi


16.01.2018  12:07 

Əli İnsanovun şikayəti təmin edilmədi





A+  A-

Bu gün Ali Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Qərara əsasən, Ə.İnsanovun şikayəti təmin edilməyib, qərar qüvvədə saxlanılıb.

Əli İnsanov özü məhkəməyə müraciət edərək prosesdə iştirak etməkdən imtina etdiyini bildirib.

Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Ə. İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Ə. İnsanov həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib.

O, qanunsuz narkotik daşımada, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə və cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlamaqda təqsirləndirilib.

Ə.İnsanov bundan əvvəl isə 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Xəbər 1499 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +