FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


16.09.2017  18:15 

Lütfi Zadə gələn həftə Bakıda dəfn olunacaq





A+  A-

Sentyabrın 6-da Amerikada dünyasını dəyişən görkəmli azərbaycanlı alim Lütfi Zadənin cənazəsi gələn həftə Bakıya gətiriləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə AzVision.az-a Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova məlumat verib.

“Cənazə gələn həftə Bakıya göndəriləcək. Hazırda bir az ləngimə var” – deyən Ş.Şahbazovanın sözlərinə görə, Lütfi Zadənin cənazəsi I Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Artıq Lütfi Zadənin məzarı qazılıb.

Ş.Şahbazova vurğulayıb ki, dəfndən öncə Lütfi Zadə ilə rəsmi şəkildə vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Xəbər 1586 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +