Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


06.07.2023  11:41 

Paşinyan Fransanın müdafiəsinə qalxdı





A+  A-

“Azərbaycan artıq bir neçə aydır ki, Fransaya qarşı genişmiqyaslı antitəbliğata başlayıb”.

XəzərNews.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan hökumətinin iclasında respublikanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, Fransaya qarşı aparılan təbliğat Qarabağda yaranmış humanitar böhranın digər dövlətlər tərəfindən mümkün məqsədyönlü qiymətləndirilməsinin qarşısını almaq məqsədi daşıyır.

“Ermənistan da öz növbəsində Fransanın sayəsində bütün tədbirləri görməlidir ki, getdikcə daha çox ölkə və beynəlxalq təşkilatlar Qarabağdakı humanitar böhrana müvafiq qiymət versinlər”, - Paşinyan vurğulayıb.

Xatırladaq ki, dünən Prezident İlham Əliyev bildrimişdi ki, Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır: “Bu, ikiüzlülük və ikili standartlardan başqa bir şey deyil”.

Xəbər 1406 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +