Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


10.04.2021  08:41 

Hindistanda xəstəxanada yanğın - 4 koronavirus xəstəsi öldü





A+  A-

Hindistanın Naqpur şəhərində koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu xəstəxanada baş vermiş yanğın nəticəsində azı dörd nəfər həyatını itirib.
Bu barədə XəzərNews.az “Hindustan Times” qəzetinə istinadən xəbər verir.

Onun məlumatına görə, yanğın cümə günü axşam saatlarında xəstəxananın birinci mərtəbəsində başlayıb. Yanğının tüstüsü 10 pasiyentin müalicə olunduğu ikinci mərtəbədəki reanimasiyaya yayılıb. Xəstəxana personalı onlardan yalnız altısının həyatını xilas edə bilib, qalan dörd pasiyent asfiksiya səbəbindən həyatını itirib.

Mənbələr bildiriblər ki, 27 pasiyent ağır vəziyyətdə digər xəstəxanalara köçürülüb.

Qeyd olunur ki, yanğının səbəbi hələlik müəyyənləşdirilməyib, ilkin məlumata görə, o, qısa qapanmadan yaranıb.

Xəbər 1885 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +