Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


03.04.2021  14:53 

Ramin Bayramlı vaksin vurdurub koronavirusa yoluxanlardan danışdı





A+  A-

“Azərbaycan keçmiş Sovet respublikaları içərisində vaksinasiyaya ən tez başlayan ölkələrdən biridir. Yanvarın 18-dən başlayan proses uğurla davam edir”.
XəzərNews.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, Prezident İlham Əliyev “Sinovac” vaksinin Türkiyədəki distribüteri vasitəsilə həm Çindəki digər istehsalçılardan, həm də başqa ölkələrdən vaksin təminatı üçün xüsusi səy göstərir.

“Peyvəndləmə prosesi Bakıdakı bütün poliklinikalar və bölgələrdəki 90 məntəqədə aparılır. Bugünədək 800 min doz vaksin tətbiq edilib”, - TƏBİB sədri əlavə edib.

Onun sözlərinə görə, ölkəmiz “Sinovac”la yanaşı, “AstraZeneca” və Vaksinlərin Qlobal Əlçatanlığı Proqramı (COVAX) vasitəsilə “Pfizer” vaksinlərini əldə edəcək.

R.Bayramlı prosesə səhiyyə işçilərinin vaksinasiyası ilə başladıqlarını, bunun ardınca 65 yaş, daha sonra 60 yaşdan yuxarı vətəndaşların peyvəndləndiyini vurğulayıb:

“İndi 40 yaşdan yuraxı şəxslərin vaksinasiyası aparılır. Bu proses çox sürətlə davam etdirilir. Proses rəqəmsal şəraitdə qeydə alınır. Ən uğurlu vaksin tətbiq edən ölkələrdən biriyik.

Hədəfimiz ölkə əhalisinin 80 faizini vaksinləşdirməkdir. 8 milyon insanı vaksinasiyadan keçirmək məqsədilə 16 milyon doz peyvənd üçün müqavilələr bağlanıb.

Bu da pandemiyanın bitməsi üçün önəmli rəqəmdir. Yay aylarına qədər vaksinasiya prosesini uğurlu şəkildə bitirəcəyimizi düşünürük”.

TƏBİB sədri vaksinasiyadan keçənlərin çox azının koronavirusa yoluxduğunu, ancaq bu şəxslərin xəstəliyi yüngül keçirdiyini və bu qrupda ağır xəstəyə rast gəlmədiklərini sözlərinə əlavə edib.



Xəbər 2781 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +