Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


10.08.2023  11:10 

Prezident yeni səfirlə sülh müqaviləsi üzrə aparılan danışıqları müzakirə etdi





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.

XəzərNews.az xəbər verir ki, Prezident İlham Əliyev söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat, humanitar sahələrdə, regional təhlükəsizliklə bağlı məsələlərdə fəal qarşılıqlı fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

Həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın olduğu vurğulandı, dövlət başçıları arasında təmasların əlaqələrimizin genişlənməsinə verdiyi töhfə bildirildi, ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinin hazırki vəziyyəti barədə danışılıb.

Energetika və nəqliyyat sahələrində həyata keçirilən layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin regional inkişaf üçün əhəmiyyəti vurğulanıb.

Xəbər 1375 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +