Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


24.08.2020  13:21 

Salyanda narkotacir qardaşlar tutuldu





A+  A-

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olumuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıblar.
DİN-dən XəzərNews.az-a verilən xəbərə görə, əməliyyat zamanı rayonun Qırxçıraq kənd sakini Elman Cəlalov və qardaşı Əlizamin şübhəli şəxs qismində tutulublar. Əvvəlcə Elman Cəlalovun yaşadığı həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada əkib-becərilmiş 211 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb. Elman Cəlalov ifadəsində narkotik tərkibli bitkiləri əkib qullu etdiyini etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq qonşuluqda yaşayan Əlizamin Cəlalovun həyətyanı sahəsinə də baxış keçirilib. Oradan isə narkotik tərkibli 88 ədəd çətənə kolu aşkar edilib.

Həyətyanı sahələrdə aşkar edilmiş çətənə kolları hal şahidlərinin iştirakı ilə çıxarılaraq qablaşdırılıb və polis şöbəsinə aparılıb. Ümumilikdə Elman və Əlozamin Cəlalov qardaşlarından 35 kiloqram qurudulmuş marixuana və 528 kiloqram yaş halda çətənə kolu aşkar edilib. Hər iki faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, saxlanılan hər iki qardaş əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğl olduqları üçün məhkum ediliblər.

Xəbər 2000 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +