“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi
Kadırov cinayətkarın meyitini meydanda nümayiş etdirdi


09.01.2022  22:25 

Tutduğunu buraxmamaq və ya hərənin öz tərəfi





A+  A-

Qazax üsyanı ilə bağlı hərə öz baxışlarına, düşərgəsinə, tutduğu və ya xidmət etdiyi tərəfə uyğun mövqeləri dəstəklədi, başqa mövqeləri, yanaşmaları, təhlilləri çəngəl-bıçaqla qarşıladı.


Burda, həmçinin qlobal mediada və Türkiyənin fəqrli dairələrində ən qəribə, bir-birini istisna edən iddialardan, şərhlərdən, təxminlərdən tutumuş ənənəvi hikkələrdək hər şey var:

“Mənim bildiyim düzdür”, “mən deyən düz çıxdı”, “onun yanaşması yanlışdır, baş aldatmadır”, “onun bildiyi bir şey yoxdur”, “bu, xalqın etirazı deyil, supergüclərin oyunudur”, “klandaxili çəkişmə, hakimiyyət çevrilişi deyil, xalq üsyanıdır” və ya əksinə, “Rusiya düz edib, burda amerikan barmağı var”, “Moskva qazax xalqını qırmır, cəhub cinahında sadəcə sabitlik istəyir”, “Amerika və Rusiya birləşib Çinin İpək yolunu sökmür... Pekin-Moskva ittıfaqı Vaşinqtonu əngəlləyir”, “Türk Şurası nədən Qazaxıstana qoşun göndərmir”, “əvvəl sabitlik, sonra demokratiya”, “birinci daxili siyasət, sonra geosiyasət”, “o təxribatçı, bu konspiroloqdur”, “o turançıdır, bu irançıdır, o rusofob, bu Qərbpərəstdir, o Nazarbayevçi, bu Elbası düşmənidir, o amerikan trollu, bu avtokratiya mirzəsidir” və s. və i.a.

Halbuki Qazaxıstan hadisələrinin baş verməsinə, törədilməsinə, mümkün ssenariləşdirilməsinə təsir edən “səbəblər buketi” – 10-dan artıq daxili və xarici faktor var ki, heç birini nəzərdən qaçırmaq olmaz.

Sadəcə səbəblər zəncirindəki həlqələri baş-ayaq etməmək gərəkdir.

Zira tarixi təcrübə belədir: axırıncı sayılan faktor sonra bəlli olur ki, ən başlıca amil imiş və ya əksinə. Və yaxud sosial etirazlar, münaqişələr qəfil, planlı, istənilərək və ya istənilmədən partlaya bilir.

Məsələn, bütün dünya II Dünya müharibəsini gözləyirdi, çoxları onu hətta istəyirdi. I Dünya müharibəsini isə geosiyasi konyunkturaya rəğmən kimsə gözləmirdi və ya istəmirdi. Amma birdən partladı və dünyanın mənzərəsini radikal şəkildə dəyişdi...

Qəzənfər Həmidoğlu
XəzərNews.az


Xəbər 1843 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +