FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


02.04.2025  17:10 

Azərbaycanlı iş adamından Messiyə bahalı hədiyyə...





A+  A-

Azərbaycanlı iş adamı Adnan Əhmədzadə dünya futbol ulduzu, argentinalı Lionel Messiyə bahalı saat hədiyyə edib.

Bu barədə A.Əhmədzadə instaqram hesabındakı paylaşımda məlumat verib.

Belə ki, onun Leoya hədiyyə verdiyi saat məşhur “Jacob&Co” şirkətinin “Barselona” klubunun 125 illiyi münasibətilə hazırladığı modellərindən biridir. Şirkət bu münasibətlə cəmi 125 saat buraxıb və onların hər birinin üzərində simvolik rəqəmlər əks olunub.

A.Əhmədzadə 10 rəqəmi yazılmış saatı Messiyə hədiyyə edib.

İspaniya mətbuatı saatların minimum qiymətinin 150 min dollar olduğunu yazıb. Lakin bu saatların auksionlarda daha böyük məbləğlərə satıla biləcəyi də qeyd olunub.

Xatırladaq ki, A.Əhmədzadə Lionel Messi ilə dostluq əlaqələrinə malikdir. Onun “Barselona” rəhbərliyi ilə münasibətləri də yüksək səviyyədədir./Qafqazinfo

Xəbər 1910 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +