Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


25.02.2025  14:22 

Tükəzban Aşurovaya elektron qolbaq taxıldı





A+  A-

Bir müddət əvvəl vəkillik fəaliyyəti dayandırılan Tükəzban Aşurovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

XəzərNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə açılmış işə Ağcabədi Rayon Məhkəməsində baxılıb.

Bildirilib ki, T.Aşurova vətəndaşdan onun həbsdə olan yaxınını azadlığa buraxdıracağı adı ilə on min manat pul alıb.

Məhkəmə fəaliyyəti dayandırılan vəkilin bu maddə üzrə deyil, dələduzluq əməli cinayəti üzrə (178.2.4-cü maddə) cəzalandırılmasına qərar verib. Onun barəsindəki iş 178.2.4-cü maddəyə tövsif edilib və məhkəmənin hökmü ilə 43 yaşlı hüquqşünasa üç il azadlığın məhdudlaşdırılması cəzası verilib.

T.Aşurovaya elektron qolbaq tətbiq edilib. Onun üzərinə yaşayış yerindən hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri üzrə inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək öhdəlikləri qoyulub.

Xəbər 1564 dəfə oxunub.



07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +