Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR


11.09.2022  18:10 

ABŞ Qafqaza ikibaşlı diplomat göndərib





A+  A-

Fİlip Rikir ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə yeni baş məsləhətçisidir. Onun təyinatından sonra ABŞ dövlət katibi Entoni Blinken maraqlı bir tvit atmlşdı. Məğzi bu idi ki, dövlət katibi Filip Rikerə həm də Minsk Qrupunda ABŞ-ı təmsil etmək səlahiyyəti verirdi. Bu səlahiyyətin rəsmi və yaxud da şifahi tapşırıq olduğu barədə eç bir rəsmi məlumat yoxdur.

Artıq Filip Riker Qafqazdadır. Amerikalı diplomat Qafqaza səfərinə Ermənistandan başladı.

Ermənistanda xarici işlər nazir və baş nazirlə görüşlərində nədən danışıb, nəyi müzakirə edib önəmli deyil. Ermənistan rəsmi dairələri də, Ermənistan mediası da (Nikol Paşinyanı dəstəkləyən və dəstəkləməyən) Filip Rikeri Minsk Qrupunda ABŞ təmsilçisi kimi təqdim etdi. Və əsas vurğu da məhz bu təqdimata yönəldi. ABŞ tərəfinin bu informasiya savaşında hansı mövqe tutacağı önəmlidir. Hələlik baş verən söz oyunu rəsmi İrəvana xalqına ümid vermək üçün, sakitləşdirmək üçün müəyyən şans verir.
Azərbaycan isə bu informasiyanı sözsüz ki, qəzəblə qarşılayır. Amma qəzəblənməklə problemlər həll olmur.

Filip Riker sözsüz ki, Bakıya da gələcək. Aydın məslədir ki, Bakıda o nə rəsmi dairələr, nə də informasiya vasitələri tərəfindən Minsk Qrupunda ABŞ-ı təmsil edən diplomat kimi yox, Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş məsləhətçisi kimi təqdim olunacaq. Maraqlı və mühüm cəhət ABŞ-ın Bakıdakı diplomatik missiyasının və eləcə də Dövlət Departamentinin rəsmi informasiyalarında Filip Rikerin hansı adla təqdim olunmasıdır.

Bundan başqa Filip Riker Bakıda keçirəcəyi görüşlərdə Minsk Qrupu formatını yada salacaqmı? Və əgər yada salacaqsa hansı cavabı alacaq? Və ümumiyyətlə Filip Riker Bakıya hansı adla gəlir?

Yaxşı olardı ki, bu və buna bənzər suallara Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi aydınlıq gətirsin. Və imkan yaradılsın ki, Azərbaycanlı jurnalistlər ABŞ-ın Qafqaza göndərdiyi yeni diplomatla təmasda olub bəzi məsələlərə aydınlıq gətirə bilsin.

Asəf Quliyev

Xəbər 1407 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +