“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


31.08.2021  17:09 

“AZZA“ qərarları belə pozur - Müştərilərə donuz tərkibli məhsullar satılır...





A+  A-

"AZZA sadəcə tort və şirniyyat satmır, həm də tərkibində donuz əti olan kolbasa-sosis məhsulları satır. Donuz əti satmaq qanunla qadağan deyil, onu yeyən də var, lakin məhsulun tərkibi haqqında onun üstündə Azərbaycan dilində məlumat olmalıdır. AZZA isə arxasında balaca hərflərlə "pork", "pork meat" yazıları olan ət məhsullarını əhaliyə satır".
XəzərNews.az xəbər verir ki, bunu hüquqşünas Fərhad Mehdiyev yazıb.

“Vətəndaşlarımızın ciddi sayılacaq hissəsi dini səbəblərlə donuz əti yemir. İndi AZZA-dan neçə nəfər bu şəkildə donuz tərkibli kolbasa-sosis alıb, ingiliz dilində bilmədiyi üçün də onları bəh-bəhlə aşırıb. Bax, bu, bilinmir. Bu səbəblə Azərbaycan dilində məhsulun tərkibi haqqında məlumat verməməklə AZZA sadəcə Nazirlər Kabinetinin 94 saylı qərarını pozmaqla yetinmir, həm də dini səbəblərlə donuz ətini yeməyənlərin dini inancına hörmətsizlik edir.



Ümid edirəm ki, şirkət rəhbərliyi bu məsələdə həssaslıq göstərib müştərilərindən üzr istəməklə yanaşı, bu cür məhsullar üzərində tərkibi barəsində öz dilimizdə məlumat verəcək”, - Mehdiyev məlumat verib.

Xəbər 3115 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +