“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


25.09.2018  19:46 

Votsapda təhlükəli qidalarla bağlı yayılan səsyazısına - Rəsmi reaksiya





A+  A-

Votsap mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə məlumatlar yayılıb.
XəzərNews.az xəbər verir ki, bir neçə məhsul adları, şirniyyat və yağ markaları sadalanaraq onlarda ağır vərəm çöplərinin olduğu bildirilib.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələylə bağlı vətəndaşlara müraciət edərək faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlara inanmamağa çağırıb.

Bildirilib ki, bu kimi yanlış informasiyaların yayılması insanlar arasında təşviş və çaşqınlığa səbəb olur:

“Hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür. İnsanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcək.

Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik”.

***

"Azərsun Holdinq" də məlum səsyazısıyla bağlı məlumat yayıb. Bildirilir ki, son günlər ərzində, məhsullarımız haqqında yayılan səs yazısının məqsədi, şirkətimizin məhsulları haqqında heç bir əsası olmayan şaiyələr yaratmaqla istehlakçılarımız arasında çaşqınlıq cəhdidir. Əminliklə bildiririk ki, burada səslənən fikirlər təmamilə əsassızdır və bizə məlum olmayan, lakin ölkədə ərzaq təhlükəsi fikrini yaymaqla müəyyən hədəflər güdən insanların uydurmasıdır. Bu şəxs və ya şəxslərin tezliklə aşkar edilməsi və onların, qida və ərzaq təhlükəsizliyi kimi həssas məsələdən istifadə edərək ajiotaj yaratmaq üçün davranışlarına müvafiq hüquqi qiymət verilməsi üçün tərəfimizdən hüquq mühafizə orqanlarına müraciət ediləcək".

Xəbər 1746 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +