Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


23.05.2018  16:48 

Avtobusa silahla girib polislə əlbəyaxa oldu - Bakıda olay





A+  A-

Bakıda marşrut avtobusunda qadına silahlı hücum edən şəxs hadisə yerində olan polis əməkdaşı tərəfindən tərk silah edilib.
XəzərNews.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, mayın 22-də saat 22 radələrində “Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri” QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Coşqun Sadıqov işdən sonra “Memar Əcəmi” metrostansiyasının yaxınlığından Xırdalan şəhərinə getmək üçün 135 nömrəli avtobusa minib. Bir neçə dayanacaqdan sonra avtobusa minən bir nəfərin qeyri-etik hərəkətləri hər kəsin diqqətini cəlb edib, sərnişinlərin haqlı narazıqlarına səbəb olub. Mülki geyimdə olan Coşqun bir neçə dəfə ondan özünü intizamlı aparmasını tələb edib. Lakin sərxoş vəziyyətdə olan şəxs deyilənlərə məhəl qoymadan avtobusdakı qadınlardan birinə yaxınlaşaraq nalayiq hərəkətlər etməyə başlayıb. Bu zaman qadının yaxını olan kişi ilə onun arasında mübahisə başlanıb və Xırdalan şəhərindəki dayanacaqların birində onlar avtobusdan eniblər.

Sərxoş halda olan şəxs pencəyinin altından çıxardığı tapançanı onlara tərəf tuşlayıb, atəş açacağı ilə hədələməyə başlayıb. Bunu görən polis əməkdaşı cəld tərpənərək mübahisəyə müdaxilə edib, əlbəyaxa döyüş fəndi tətbiq edərək, onu tərksilah edib, silahı həmin şəxsin əlindən alıb. Tərksilah etdiyi şəxsi saxlayaraq dərhal hadisə barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə məlumat verib. Coşqun həmin şəxsi və maddi sübut kimi “Naqan” markalı tapançanı 7 ədəd patronla birlikdə hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayının 10-cu bölüyünün əməkdaşlarına təhvil verib. C.Sadıqov deyir ki, qadın çox qorxduğundan hadisə yerindən uzaqlaşmışdı. Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı həmin şəxsin Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Sadıxov olduğu müəyyən edilib.

Xəbər 1901 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +