Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu
Aytac özünü asıb, yoxsa?..
Norveç Ukraynaya 94 milyon dollar ayırır
“QHT İşi” Mirvari Qəhrəmanlını da prokurorluğa apardı


22.05.2017  10:15 

Bir qəzada 5 nəfər niyə öldü? - Şok səbəblər





A+  A-

Ekspert Ərşad Hüseynov ötən həftə beş tələbənin qəza nəticəsində baş verən faciəli ölümünün səbəblərinə toxunub.
XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, bu faciə hərtərəfli təhlil edilsə, çoxlu tipik məqamlar ortaya çıxır. Ə. Hüseynov bu hadisənin prizmasında ölkədə yol hərəkəti təhlükəsizliyinin bərbadlığını göstərib:

1. Sükan arxasında 17 yaşlı gənc olub (belə məlumat yayılıb). 17 yaşlı gəncin sürücülük hüququ ola bilməz.

2. Qəzanın xarakteri və gələn məlumatlar hədsiz yüksək sürətin olduğunu təsdiqləyir. Yollarımızda təkər üstündə uçmaq istəyənlər artmaqdadır və təəssüf ki, sürətin nə demək olduğunu anlayanlar çox azdır.

3. Hadisəni şərh edən heç kəs orada yola diqqət etmir. Amma fotodan aydın görünür ki, yolun kənarında dərhal xəndək başlayır. Belə yol dünyanın ən təhlükəli yolları sayılır, çünki yoldan çıxan avtomobilin sürücü və sərnişinlərinin sağ qalmaq şansı çox azdır. Belə xəndək olmasa, avtomobil bir neçə dəfə yumalansa da, içərisində sağ qalmaq şansı yüksəkdir. Və ən başlıcası: yolların hər yerinə dəmir sədd düzənlər, bilməlidirlər ki, həmin sədd məhz belə yolun qırağında olmalıdır ki, taleyi ilə oynayan gəncə yaşamaq şansı qalsın.

4. Yolun həmin sahəsində belə xəndəyin, az da olsa döngənin, habelə enişin olmasına baxmayaraq, orada 110 KM/SAAT sürət qoyulub. Bu sürət əvvala qanunumuza ziddir, daha sonra nə kənarı xəndəkli yola, nə də orada maşın sürən təfəkkür qüsurlu insanlara uyğun deyil.

5. Qəzanı şərh edənlər avtomobilin təhlükəsizlik göstəriciərini, xüsusən təhlükəsizlik yastıqlarının açılmamasını da vurğulayırlar. Onlar da haqlıdırlar. Amma bir şeyi unutmayaq: “Accent Hunday” aşağı sinif avtomobildir, onun təhlükəsizlik sistemi sinfinə uyğundur və məsələn, nə Sonata, nə də E sinif Mersedesdəki kimi ola bilməz. İkincisi də bu avtomobildə hansı təhlükəsizlik yastıqları olduğunu dəqiq bilmirik və şəxsən mən ehtimal edirəm ki, onda yalnız ön və yan zərbələr üçün (hətta ola bilər ki, yalnız ön) üçün yastıqlar var.

Tam əminlikə deyirəm ki, avtomobil uçaraq idarəetmədən çıxıb hansısa maneəyə çırpılmadan dəfələrlə aşırsa, həmin yastıqlardan heç biri açılmır. Yastıqlar belə qəzaya hesablanmayıb. Şəkildən aydın görünür ki, avtomobil frontal zərbə almayıb, əsasən damı əzilib ki, bu da dəfələrlə aşaraq xəndəyə düşmənin nəticəsidir.

Amma şəxsən mən də ölkəmizə gətirilən avtomobillərin təhlükəsizlik sisteminin və digər keyfiyyət göstəricilərinin dilerləri maraqlandırmadığına əminəm. Ona görə də ən zay avtomobillərin bizə sırındığı da mümkündür.

Xəbər 1593 dəfə oxunub.



27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +