Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


16.06.2021  11:37 

Ronaldo AÇ-nin tarixinə düşdü





A+  A-

AÇ-2020-nin F qrupunun Macarıstanla oyunu Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo üçün əlamətdar olub.
XəzərNews.az xəbər verir ki, start heyətində meydana çıxan və sonadək mübarizə aparan 36 yaşlı hücumçu 5 Avropa çempionatında forma geyinən ilk futbolçu kimi tarixə düşüb.

Təcrübəli forvard daha əvvəl 2004, 2008, 2012 və 2016-cı illərdə keçirilmiş turnirlərin iştirakçısı olmuşdu.

Qeyd edək ki, İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas da 5 Avropa çempionatına qatılıb. Amma o, Ronaldodan fərqli olaraq, 2000 və 2016-cı illərdəki turnirlərdə ehtiyatda qalıb.

Portuqaliya yığmasının Macarıstana vurduğu qollardan ikisinin müəllifi Ronaldo olub. Bununla da hücumçu qitə birinciliklərində vurduğu qolların sayını 11-ə çatdırıb. Nəticədə o, 11 qolla Avropa çempionatlarının tarixində ən sərrast oyunçu ünvanını ələ keçirib. O, 9 qolu olan Fransa millisinin sabiq forvardı Mişel Platinini geridə qoyub. Veteran futbolçu qolların hamısını AÇ-1984-də vurub.

Ronaldo Macarıstanla oyunda daha bir ilkə imza atıb. O, Avropa çempionatları tarixində milli komandası ilə ən çox (12) qələbə qazanan futbolçu olub.

Xəbər 2050 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +