Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


15.04.2017  21:07 

Aygün Kazımovadan plastik əməliyyatla bağlı qərar





A+  A-

Xalq artisti Aygün Kazımova necə arıqlamasının sirrini açıqlayıb.
XəzərNews.az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni ”Xəzər maqazin”ə açıqlamasında deyib ki, artıq plastik əməliyyat etdirməyəcək:

"Sağlam qidalanmaqla arıqlayıram. Əvvəlcə analiz verib, məndə nə problem olduğunu öyrəndilər. Sən demə, oksigen çatışmazlığından əziyyət çəkirəm. Bunu müəyyən şirələr içməklə təmin edirəm. Vaxtında yatıb-dururam. Çəkimdə böyük dəyişiklik var, kənardan da hiss olunur. Önəmli olan çəki atmaq yox, sağlam arıqlamaqdır. Bu zaman həm bədən formaya düşür, həm də daxili orqanlar sağlam olur. Hazırda dünya ulduzları kimi həyat keçirirəm. Onlar böyük layihədən qabaq nə cür işlər görürlər, rejimə otururlarsa, mən də eləyəm".

A.Kazımova qızı İlqarənin də arıqlamasından danışıb: "Qızım arıqlamaq üçün başqa üsulu seçdi. Bu ağrılı əməliyyat deyildi. Gözün açıq olur, prosedurdan sonra da durub evinə gedirsən. Evdə mən qızımdan, qızım da məndən çəkimizi gizlədirik. İkimiz də çəkidən məmnun olanda, açıb bir-birimizə deyəcəyik".



Xəbər 2048 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +