Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu


09.02.2017  15:44 

Elmar Məmmədyarov: “Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğunu nəzərə alırıq”





A+  A-

 

“Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğu Moskva və Yerevanın öz işdir, lakin Bakı bunu hər zaman nəzərə alır”. 

XəzərNews.az-ın məlumatına görə, bu sözləri “RİA Novosti”yə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. O xatırladıb ki, həmin hərbi baza orada Sovet İttifaqı dövründən mövcuddur: “Orada, NATO üzvü Türkiyə ilə sərhəddə kifayət qədər güclü hərbi qrup olub. İndiki halda Rusiya və Ermənistan bunu özləri müəyyən etməlidir. Lakin əlbəttə ki, təhdid və çağırışları nəzərə alaraq biz də gözüaçıq olmalıyıq”. 

Nazir qeyd edib ki, Ermənistanda Rusiyaya məxsus “İsgəndər” raket komplekslərinin kodlarının kimdə olması məsələsi də açıq qalıb: “Əgər nə zamansa bir tərəf addım atırsa, təbii olaraq digər tərəf cavab verməlidir. İndiki halda biz bilirik ki, Ermənistana “İsgəndər” verilib. Lakin onların kodlarının kimdə olması sual olaraq qalır”. 



Xəbər 1594 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +