“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


11.07.2017  17:34 

6 tələbəni öldürən sürücünün məhkəməsi oldu





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vüqar Bayramov iştirak edib. O, 6 tələbənin öldüyü "Ford" markalı avtomobilinin sahibidir. Məhkəmədə xatırladılıb ki, qəzanı törədən sürücü "Ford"u icarəyə görürərək sərnişin daşımaqla məşğul olub.
"Ford" markalı maşının sahibi Vüqar Bayramov bu işdə zərərçəkmiş kimi tanınıb. Zərər isə qəza zamanı "Ford"a dəymiş maddi ziyan göstərilir.
V.Bayramov ifadəsində sürücü Namiq Hüseynovu tanıdığını deyib. "Namiq maşını məndə icarəyə istədi. Mən də dedim nasazdır, düzəldə bilərsənsə, götür. Maşını da bir ay olardı Sumqayıtdan almışdım. Baş etibarnamə ilə maşın məndə idi. Hələ ki, adıma keçirilməmişdi" - deyən V.Bayramov hakimin suallarını cavablandırıb.
O, maşının texniki baxışdan keçirilib-keçirilməməsi ilə bağlı suala dəqiq cavab verə bilməyib. Onun sözlərinə görə, "Ford"da olan oturacaqların təhlükəsizlik kəmərləri olmayıb.
V.Bayramov maşını aylıq 700 manata Namiq Hüseynova icarəyə verdiyini söyləyib: "Namiq dedi ki, aylıq pulumu verəcək. Maşını bir yerdə ustaya apardıq. Mənim tanıdığım usta yox idi. Onun dediyi adamın yanına apardıq. Maşın hazır olanda ona verdim. Hadisədən təxminən 10 gün əvvəl maşını ona vermişdim. Maşının sənədlərini ona verdim ki, mən aldığım adamdan öz adına etibarnamə alsın. Amma sonradan bildim ki, heç etibarnamə də almayıb".
Hakim V.Bayramovdan rəsmi olaraq etibarnamə vermədiyi Namiq Hüseynova maşını niyə verdiyini soruşub. V.Bayramov isə sadəcə sənədləri Namiq Hüseynova verdiyini söyləyib: "Maşını aldığım şəxsdən alacaqdı. Ona görə verdim. Amma öyrəndim ki, etibarnamə almadan maşını idarə edib".
V.Bayramov suallara cavabında deyib ki, N.Hüseynovun sərnişin daşımaq üçün xəttə çıxmasından xəbəri olmayıb.
Məhkəmədə bildirilib ki, qəza zamanı "Ford"a 5 min 900 manat zərər dəyib. V.Bayramov xərcin sığorta şirkəti tərəfindən qarşılanacağı halda mülki iddiasının olmadığını deyib.
Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 21 tələbə yaralanıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər 1475 dəfə oxunub.



25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +