Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu


07.06.2022  15:28 

Müğənni sevgilisini şantaj edib - 2 min manat pul üçün...





A+  A-

Gənc müğənni Amid Səda həbs edilib.

XəzərNews.az "qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni sevgilisinə hədə-qorxu gələrək ondan 1500 manat pul və 700 manat dəyərində mobil telefonunu aldığına görə barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ağcabədi rayon sakini olan 2002-ci il təvəllüdlü Amid Səda bir müddət əvvəl “TikTok” sosial şəbəkəsində Lalə (şərti adlı) adlı qızla tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Onlar müxtəlif yerlərdə görüşüblər.

Ötən ilin sonlarında isə Amid Laləni şantaj edərək onun intim görüntülərini sosial şəbəkələrdə yayacağını bildirib və 2 min manat tələb edib. Qohumları və tanışları arasında rüsvay olacağını düşünən gənc qız keçmiş sevgilisinin hədələrinin real olduğunu düşünərək Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində onunla görüşərək 1500 manat pul və 700 manat dəyəri olan “Samsung” markalı mobil telefonunu ona verib.

Abşeron Rayon Polis İdarəsində açılmış cinayət işinin materialları rayon məhkəməsinə göndərilib. Məhkəmədə Amid Səda törətdiyi əmələ görə özünü təqsirli bildiyini, peşman olduğunu deyib. Qız isə artıq Amidin dəymiş ziyanı ödədiyini deyərək ondan şikayətçi olmadığını deyib.

Abşeron Rayon Məhkəməsinin 3 İyun 2022-ci il tarixli hökmü ilə Amid Sədaya 3 il müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, Amid Səda gənc müğənni kimi populyarlıq qazanıb, onun yutub platformasında yerləşdirdiyi mahnı və kliplərinə yüz minlərlə baxış gəlib.

Xəbər 1660 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +