Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


16.01.2018  11:38 

SOCAR-dan Mənsimovun gəmilərinin müsadirəsi xəbərinə REAKSİYA





A+  A-

SOCAR-ın məşhur iş adamı Mübariz Mənsimova məxsus 14 gəmini müsadirə etməsilə barədə məlumatlar yayılıb. Bildirilib ki, "Palmali" şirkəti SOCAR və “Lukoil” tərəfindən “qara siyahı”ya salınıb. Dünyanın ən böyük tanker donanmasına malik olan “Palmali” ilə SOCAR və “Lukoil” arasında uzun müddətdir baş verən məhkəmə çəkişməsu buna əsas göstərilir.
Məlumata görə, dünyanın ən irihəcmli xam neft istehsalçısı olan “Lukoil” və bu şirkətin törəmələri "Palmali" şirkətlər qrupunun törəməsi "Palmali Denizçilik" ilə neft daşıması üzrə müqavilələrə xitam verib.

Bununla yanaşı, SOCAR da "Palmali”yə məxsus gəmilərin emal zavodlarına və müəssisələrinə girişinə qadağa qoyub. "Palmali Denizçilik" şirkəti borclarını vaxtında ödəmədiyinə görə, SOCAR-ın şirkətə məxsus 14 gəmini öz mülkiyyətinə keçirdiyi bildirilir.
Qeyd edək ki, bir müddət öncə "Palmali" ikinci dəfə "Lukoil" şirkətinin törəmə müəssisəsi olan "Litasco"nu məhkəməyə verib və 2 mlrd. dollar məbləğində təzminat tələb edib.

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı SOCAR-ın mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“SOCAR Mübariz Mənsimov və ya “Palmali” şirkətlər qrupuna məxsus gəmiləri müsadirə etməyib, ona qarşı buna bənzər hər hansı bir tədbir də görməyib. “Palmali” şirkətlərinə aid olan gəmilərin limanlara buraxılması müvafiq orqanların səlahiyyətindədir və SOCAR bununla bağlı hər hansı məlumata malik deyil”.

Xəbər 1602 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +